Vaqif Cavadov komandasına kömək edə bilmədi (VİDEO)

VİDEO 1 Oktyabr 2011 / 23:12 4095
-  A +

Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadovun da şərəfini qoruduğu Rusiyanın "Volqa" klubu bu gün Premyer Liqada növbəti görüşünə çıxıb.

Qol.Az-ın məlumatına görə, Cavadovun komandası bu dəfə doğma azarkeşləri önündə Permin "Amkar" klubunu qəbul edib.

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan Nijni Novqorod təmsilçisi hazırda 23 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Eyni mövqedə qərarlaşan komandaları bu görüşdə ancaq qələbə qane edirdi. Lakin tərəflərin səylərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0. 

Qeyd edək ki, oyunun start heyətində olmayan Vaqif yalnız matçın 65-ci dəqiqəsində meydana daxil olub.


1 oktyabr

Rusiya Premyer Liqasının 26-cı turunun oyunu

"Volqa" - "Amkar" - 0:0


Son xəbərlər