"Polşayla oyuna lazımınca köklənməmişdik"

XƏBƏR 21 Mart 2009 / 14:45 2300
-  A +

"Güclü Portuqaliya ilə oyundan sonra oyunçularımız Polşa ilə qarşılaşmaya lazımınca köklənə bilmədilər". Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu sözləri futzal üzrə milli komandamızın baş məşqçisi Joze Alesio da Silva deyib. Braziliyalı mütəxəssis yetirmələrinin Polşa ilə oyuna lazımınca köklənə bilmədiklərini deyib: "Bu rəqibə asanlıqla qalib gələ biləcəyimiz halda minimal hesabla qələbə qazandıq. Halbuki oyunun gedişində 2:0 və 3:1 hesabı ilə irəlidə idik və hesab daha böyük ola bilərdi. Çalışacağıq ki, Finlandiya ilə oyunda arxayınçılıq olmasın".

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın