Səmədov 1 milyon dollar istəyir

Səmədov 1 milyon dollar istəyir
DÜNYA FUTBOLU 30 Sentyabr 2011 / 13:32 3840
-  A +

Azərbaycanlı futbolçu Aleksandr Səmədov məxsus olduğu Moskvanın «Dinamo» klubuyla müqavilənin uzadılması üçün danışıqlara başlayıb.

Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, Səmədovun «Dinamo»yla müqaviləsi 2012-ci ilin sonunda başa çatır.

Buna görə də futbolçu artıq indidən müqavilənin uzadılmasıyla bağlı danışıqlar aparır və müəyyən şərtlər irəli sürüb. Rusiya millisinə dəvət olunduqdan sonra isə Səmədov aylıq gəlirinin artırılmasını tələb edib.

Rusiyada futbolçularla klub arasında bağlanan müqavilədə belə bir şərt var ki, əgər oyunçu milliyə dəvət alarsa, klub hökmən oyunçunun maaşını artırmalıdır.

«Dinamo»dakı mənbənin verdiyi məlumata görə, Səmədov yeni müqaviləsində «Dinamo»dan aylıq bir milyon dollar istəyir.

«Dinamo»nun icraçı direktoru Roman Dyakov bildirib ki, Səmədovla müqavilənin uzadılması istiqamətində danışıqlar aparılır.

Klub lider oyunçularından olan Aleksandrı itirmək istəmir, amma yeni müqavilə üçün daha az pul xərcləməyə çalışır. Bundan başqa, «Dinamo» hazırda tranfer qiyməti yüksək olan Səmədovu satmaq barədə də fikirləşir.

Xatırladaq ki, Aleksandr Səmədov ötən il «Moskva» klubundan 4,5 milyon avro qarşılığında «Dinamo»ya keçib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı