Əmrə Belözoğlu Azərbaycana qarşı oynamayacaq

Əmrə Belözoğlu Azərbaycana qarşı oynamayacaq
DÜNYA FUTBOLU 29 Sentyabr 2011 / 18:26 2108
-  A +

İstanbulun «Fənərbaxça» klubunun yarımmüdafiəçisi Əmrə Belözoğlu zədəsi səbəbindən «Avro-2012»nin Almaniya və Azərbaycan milli komandalarına qarşı oktyabr ayında keçiriləcək oyunlarında iştirak edə bilməyəcək.

Qol.Az-ın Türkiyənin «Hürriyyət» qəzetinə istinadən yaydığı məlumata görə, Əmrə Türkiyə millisinin heyətinə çağırılmayacaq və bundan sonra hələ 20 gün yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Əmrə ayağında ağrıları artdığına görə dünən «Fənərbaxça»nın məşqini yarımçıq dayandırıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki