Vaqif Sadıqovun komandası “başsız” qaldı

Vaqif Sadıqovun komandası “başsız” qaldı
DÜNYA FUTBOLU 29 Sentyabr 2011 / 11:45 2425
-  A +

Rusiyanın “Anji” klubunun baş məşqçisi Hacı Hacıyev rəsmən tutduğu vəzifəsindən kənarlaşdırılıb.

Qol.Az-ın məlumatına görə, bu barədə klub rəhbərliyi qərar qəbul edib. Komandanı müvəqqəti olaraq, Andrey Qordeev və Roberto Karlos çalışdıracaq.

Rəhbərlik Hacıyevi istefaya göndərərkən, ona Dağıstan futboluna qazandırdığı nailiyyətlərə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, millimizin sabiq baş məşqçisi Vaqif Sadıqov məhz Hacıyevin dəvətilə “Anji” keçmişdi. Həmyerlimizin klubdakı aqibəti hələlik məlum deyil.

 


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq