Milli komandamızı Avropa çempionatından bir addım ayırır

XƏBƏR 21 Mart 2009 / 11:10 2429
-  A +

Portuqaliyanın Vyana do Kaştello şəhərində keçirilən futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində iştirak edən milli komandamız dünən ikinci oyununa çıxıb. Qol.Az-ın məlumatına görə, Polşa millisini sınağa çəkən komandamız rəqibini 4:3 hesabıyla məğlub edib. Millimizin qollarına Tayqu (2 dəfə), Andre Kampos və Serjiyo imza atıblar. Qrupun digər oyununda Polşayla qarşılaşan meydan sahibləri çətinliklə də olsa, 2:1 hesabıyla qalib gəliblər. Halbuki birinci hissədən sonra Portuqaliya millisi hesabda geri düşmüşdü. 2 turdan sonra milli komandamız qrup lideridir. Hesabında 4 xal olan millimiz, eyni xala malik olan meydan sahibləri yalnız daha çox qol vurduğuna görə qabaqlayır. Xatırladaq ki, ilk turda millimiz Portuqaliyayla bərabərə qalmışdı - 3:3. Avropa çempionatınnı final mərhələsində iştirak etmək üçün milli komandamız son turda da Finlandiyanı mütləq məğlub etməlidir.


Son xəbərlər