"Barselona"dan növbəti şou

"Barselona"dan növbəti şou
DÜNYA FUTBOLU 29 Sentyabr 2011 / 01:39 5130
-  A +

Ötən gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci turuna yekun vurulub. Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə də 8 qarşılaşma baş tutub.

Gecənin ən maraqlı matçı İspaniyanın möhtəşəm “Mestalya” stadionunda keçirilib. Burada yerli “Valensiya” İngiltərə nəhəngi “Çelsi”ni qəbul edib. Hərəyə bir dəfə fərqlənən komandalar sonda sülhə razılaşıblar - 1:1.

E qrupunun digər oyununda isə “Bayer” Almaniyada Belçika “Genk”ini sınağa çəkib. Hər hissədə bir qol vuran Almaniya təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edərək qrupda ilk qələbəsini qazanıb.

F qrupunda mübarizə aparan “Marsel” son Almaniya çempionu Dortmund “Borussiya”sını qonaq edib. Meydan sahibləri qonaqlara heç bir şans tanımayıblar - 3:0.

“Olimpiakos” isə “Dumanlı Albion”a yollanıb. Yunan klubunun rəqibi London “Arsenal”ı olub. Bu görüşdə bütün qollar ilk hissəyə təsadüf edib. "Topçular" rəqibini 2:1 hesabı ilə məğlub edərək xalını 4-ə yüksəldib. 

Qrup mərhələsinin ilk turunda səfərdə gözlənilmədən Kiprin APOEL klubuna məğlub olan “Zenit” bu dəfə daha çətin sınaq qarşısında idi. Sankt-Peterburq təmsilçisi Portuqaliya çempionatı və Avroliqanın son qalibi “Portu” ilə üz-üzə gəlib. Lakin "Zenit" bu sınaqdan üzağ çıxıb - 3:1.
 
“G” qrupunun digər oyununda isə Ukrayna “Şaxtyor”u ilə APOEL münasibətlərinə aydınlıq gətirib. Donetsk təmsilçisi bu oyunda rəqibinin müqavimətini qıra bilməyib - 1:1.

“F” qrupunun favoritlərindən “Milan” Çexiyanın “Viktoriya” klubu ilə qarşılaşıb. Bu oyun 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. “Barselona” isə Belarusda BATE-yə heç bir şans verməyib. Kataloniya təmsilçisi növbəti dəfə böyükhesablı qələbəsini rəsmiləşdirib - 5:0.


28 sentyabr


Çempionlar Liqasının II turunun oyunları


E qrupu

23:45. “Valensiya” (İspaniya) – “Çelsi” (İngiltərə) - 1:1
Qollar:
Lempard, 56 (0:1), Soldado, 87-pen (1:1)

23:45. “Bayer” (Almaniya) – “Genk” (Belçika) - 2:0
Qollar:
Bender, 30 (1:0), Ballak, 90 (2:0)



Y

Komandalar

P

W

D

L

Pts

1.

 “Çelsi”

2

1

1

0

4

2.

 “Bayer” (Leverkuzen)

2

1

0

1

3

3.

 “Valensiya”

2

0

2

0

2

4.

 “Genk”

2

0

1

1

1




F qrupu

23:45. “Marsel” (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) - 3:0
Qollar:
Ayev, 20 (1:0), 69-pen (3:0), Remi, 62 (2:0),

23:45. “Arsenal” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan) - 2:1
Qollar:
Çemberleir, 8 (1:0), Santos, 20 (2:0), Torrijos, 27 (2:1)

 

Y

Komandalar

P

W

D

L

Pts

1.

 “Marsel”

2

2

0

0

6

2.

 “Arsenal”

2

1

1

0

4

3.

 “Borussiya” (Dortmund)

2

0

1

1

1

4.

 “Olimpiakos”

2

0

0

2

0





G qrupu

21:00. “Zenit” (Rusiya) – “Porto” (Portuqaliya) - 3:1
Qollar:
Rodriqez, 10 (0:1), Şirokov, 20 (1:1), 63 (2:1), Danni, 72 (3:1)

23:45. “Şaxtyor” (Ukrayna) – APOEL (Kipr) - 1:1
Qollar:
Trikkovski, 61 (0:1), Jadson, 64 (1:1)



Y

Komandalar

P

W

D

L

Pts

1.

 APOEL

2

1

1

0

4

2.

 “Zenit”

2

1

0

1

3

3.

 “Porto”

2

1

0

1

3

4.

 “Şaxtyor” (Donetsk)

2

0

1

1

1




H qrupu

23:45. “Milan” (İtaliya) – “Viktoriya” (Çexiya) - 2:0
Qollar:
İbrahimoviç, 53-pen (1:0), Kassano, 66 (2:0)

23:45. BATE (Belarus) – “Barselona” (İspaniya) - 0:5
Qollar: Volodko, 19-avtoqol (0:1), Pedro, 22 (0:2), Messi, 38 (0:3), 56 (0:4), Vilya, 90 (0:5)



Y

Komandalar

P

W

D

L

Pts

1.

 “Milan”

2

1

1

0

4

2.

 “Barselona”

2

1

1

0

4

3.

 BATE

2

0

1

1

1

4.

 “Viktoriya” (Plzen)

2

0

1

1

1


Son xəbərlər