"Trabzonspor" "Lill"lə sülhə razılaşdı

"Trabzonspor" "Lill"lə sülhə razılaşdı
DÜNYA FUTBOLU 28 Sentyabr 2011 / 01:37 5369
-  A +

Bu gün və sabah UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci turunun oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma baş tutacaq. Gecənin ən maraqlı oyunu Almaniyada keçirilib.

“A” qrupunda mübarizə aparan Bundesliqanın hazırkı lideri “Bavariya” “Alyans Arena”da tarixində ilk dəfə ÇL-ə vəsiqə qazanmış “Mançester Siti”ni qəbul edib. Bu görüş münhenlilərin 2:0-lıq qələbəsi ilə başa çatıb. 

Qrupun digər matçında isə “Napoli” və “Vilyareal” klubları münaisbətlərinə aydınlıq gətiriblər. İtaliya təmsilçisi ilk hissədə vurduğu iki qolla rəqibini məğlub edib.

Sözsüz ki, bizi ən çox maraqlandıran oyun Türkiyənin “Trabzonspor” klubu ilə son Fransa çempionu “Lill” arasında olub. Qrup mərhələsinin ilk oyununda səfərdə italyan nəhəngi “İnter”ə qalib gəlməklə həm sensasiyaya imza atan, həm iddiasını ortaya qoyan Qaradəniz təmsilçisi həmin qələbənin təsadüf olmadığını sübut etməyə çalışacaqdı. Lakin bu oyunda qalib müəyyənləşməyib - 1:1

İlk turda "Trabzonspor"a məğlub olan "İnter" isə səfərdə CSKA-nın qonağı olub. Gərgin keçən matç 3:2 hesabı ilə Milan təmsilçisinin xeyrinə başa çatıb.

“C” qrupunda “Mançester Yunayted” doğma “Old Trafford”da İsveçrənin “Bazel” klubu ilə qarşılaşıb. İlk hissəni 2:0 hesabı ilə öndə bitirən meydan sahibləri əsl şok yaşayıblar. Rəqib 3 qol vurmaqla hesabda önə çıxıb. Lakin "Mançester Yunayted" son dəqiqələrdə məğlubiyyətdən qaça bilib - 3:3. “Benfika” isə son Rumıniya çempionu “Otselul”un qonağı olub. Bu qarşılaşma 1:0 hesabı ilə qonaqların xeyrinə yekunlaşıb.

ÇL-ə Zaqreb “Dinamo”su üzərində qazanılan qələbə ilə başlayan “Real” “Santyaqo Bernabeu”da ötən mövsümdə də eyni qrupda yer aldığı “Ayaks”la üz-üzə gəlib. "Kral klubu" rəqibini 3:0 hesabı ilə məğlub edərək xalını 6-ya yüksəldib.
 
“Lion” isə öz meydanında Xorvatiyanın “Dinamo” klubunu qonaq edib. Fransa təmsilçisi zaqrebliləri 2:0 hesabı ilə məğlub edərək ÇL-də ilk qələbəsini qazanıb.



27 sentyabr

Çempionlar Liqasının qrup mərhələsində II turun oyunları


“A” qrupu

23:45. “Bavariya” (Almaniya) – “Mançester Siti” (İngiltərə) - 2:0
Qollar:
Qomez, 38 (1:0), 45 (2:0)

23.45. “Napoli” (İtaliya) – “Vilyarreal” (İspaniya) - 2:0
Qollar:
Hamşik, 14 (1:0), Kavani, 17 (2:0)

 

Y

Komandalar

P

W

D

L

Pts

1.

 “Bavariya”

2

2

0

0

6

2.

 “Napoli”

2

1

1

0

4

3.

 “Mançester Siti”

2

0

1

1

1

4.

 “Villareal”

2

0

0

2

0





"B" qrupu

21:00. MOİK (Rusiya) – “İnter” (İtaliya) - 2:3
Qollar:
Lusio, 6 (0:1), Pazzini, 23 (0:2), Zaqoyev, 45 (1:2), Vaqner Lav, 77 (2:2), Zarate, 79 (2:3)

23:45. “Trabzonspor” (Türkiyə) – “Lill” (Fransa) - 1:1
Qollar:
Sou, 31 (0:1), Kolman, 75-pen (1:1)



Y

Komandalar

P

W

D

L

Pts

1.

 “Trabzonspor”

2

1

1

0

4

2.

 “İnter”

2

1

0

1

3

3.

 “Lill”

2

0

2

0

2

4.

 CSKA (Moskva)

2

0

1

1

1

 

"C" qrupu

23:45. “Otselul” (Rumıniya) – “Benfika” (Portuqaliya) - 0:1
Qol:
Sezar, 41 (0:1)

23:45. “Mançester Yunayted” (İngiltərə) – “Bazel” (İsveçrə) - 3:3
Qollar:
Uelbek, 16 (1:0), 17 (2:0), Fray, 58 (2:1), Aleksandr Fray, 60 (2:2), 75 (2:3), Yanq, 90 (3:3)

 

Y

Komandalar

P

W

D

L

Pts

1.

 “Benfika”

2

1

1

0

4

1.

 “Bazel”

2

1

1

0

4

3.

 “Mançester Yunayted”

2

0

2

0

2

4.

 “Otselul” (Qalats)

2

0

0

2

0

 

"D" qrupu

23:45. “Real” (İspaniya) – “Ayaks” (Hollandiya) - 3:0
Qollar:
Ronaldo, 25 (1:0), Kaka, 41 (2:0), Benzema, 49 (3:0)

23:45. “Lion” (Fransa) – “Dinamo” (Xorvatiya) - 2:0
Qollar:
Qomis, 23 (1:0), Kone, 42 (2:0)

 

Y

Komandalar

P

W

D

L

Pts

1.

 “Real” (Madrid)

2

2

0

0

6

2.

 “Lion”

2

1

1

0

4

3.

 “Ayaks”

2

0

1

1

1

4.

 “Dinamo” (Zaqreb)

2

0

0

2

0


 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı