Berti Foqts Əsgər Abdullayevlə görüşdü

Berti Foqts Əsgər Abdullayevlə görüşdü
ÖLKƏ FUTBOLU 20 Mart 2009 / 13:41 2598
-  A +

Milli komandanın baş məşqçisi Berti Foqts  AFFA-nın inzibati binasında bu gün fərdi qaydada “Olimpik” klubunun baş məşqçisi Əsgər Abdullayevlə görüşərək ölkəmizdə futbolun vəziyyəti, problemləri, inkişaf yolları və digər məsələlər barədə fikir mübadiləsi aparıb. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Berti Foqts bu vaxta qədər fərdi qaydada «İnter» klubunun baş məşqçisi Valentin Xodukin, «Bakı» klubunun baş məşqçisi Coko Hadziyevski, «Qarabağ» klubunun baş məşqçisi Qurban Qurbanov və «Standard» klubunun baş məşqçisi Badri Kvaratsxeliya ilə görüşüb.
Millinin baş məşqçisi digər komandaların baş məşqçiləri ilə də görüşlər keçirəcək.

 

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi