"Bakı"lılar Rusiyayla oyunda inamlı nəticəyə ümid edirlər

XƏBƏR 19 Mart 2009 / 19:45 2584
-  A +

"Bakı"nın milli komandadakı futbolçuları - Saşa Yunisoğlu, Cəmşid Məhərrəmov  və Fabio Luis Ramim klubun rəsmi saytına verdikləri açıqlamada qarşıdakı Rusiyayla oyunla bağlı fikirlərini bölüşüblər. 
 
Saşa Yunisoğlu: "Milli komandada məşqlərimiz öz axarı ilə davam edir. Baş məşqçi Berti Foqtsun futbolçulara çox mehriban yanaşır. Məşqlərə gəldikdə isə, əsasən fiziki-taktiki təmrinlərə üstünlük verilir. Rəqibin kimliyi bizi qorxutmur. Biz peşəkar oyunçularıq. Yüksək motivasiyamız var, çünki Avropanın ən güclü komandalarından biri ilə qarşılaşacağıq. İnanıram ki, azarkeşlərimizin ürəyincə olan nəticə əldə edərik".

Cəmşid Məhərrəmov: "Milli komandaya çağrıldığım üçün çox şadam. Milli komandada məşqlər tam qızğınlığı ilə davam edir. Bunun nəticəsi kimi komandada hər şey yaxşılığa doğru gedir. Əsasən, hücumdan müdafiəyə və əksinə transformasiya üzərində çalışırıq. Sürətli oynamağa çalışırıq. Berti Foqts güclü mütəxəssisdir, onun tapşırıqlarını yerinə yetirə bilsək, yaxşı nəticəyə ümid edə bilərik".

Fabio Luis Ramim: "Komandada əhval ruhiyyə yüksək səviyyədədir. Foqts ötən həftə fiziki çalışmalara üstünük versə də, bu həftədən etibarən bizi artıq taktiki məşqlər üzərində çalışdırır . Məşqçi çalışır ki, Rusiya millisinin takitikasına qarşı oynaya biləcək bir komanda yaratsın. Futbolçulara gəldikdə isə, onlarda yüksək motivasiya var və hər bir futbolçu öz peşəkarlığını nümayiş etdirərək tam gücü ilə məşq edir. Əminəm ki, özümüzü ən yaxşı tərəfdən göstərə biləcəyik". 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın