Qus Hiddink: “Rusiya milli komandasını tərk edə bilərəm”

XƏBƏR 19 Mart 2009 / 18:12 2308
-  A +

Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink bir daha bəyan edib ki, mövsümün sonunda “Çelsi”dən ayrılaraq, bütün diqqətini Rusiya milli komandasına yönəldəcək. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, holland mütəxəssis bildirib ki, Rusiya milli komandasını tərk etməsi də mümkündür: “Mən bir daha bildirirəm ki, İngiltərədə mövsüm başa çatdıqdan sonra yenə də əvvəlki kimi bütün diqqətimi Rusiya millisinə yönəldəcəyəm. Bununla belə, mənə “Çelsi”də qalmağı və oradakı fəaliyyətimi daha uzun müddət davam etdirməyi təklif edirlər. Rusiya milli komandasındakı işimdən də məmnunam. Rusiya millisini elə indi tərk etsəm, çox pis hərəkət etmiş olaram. Bununla belə, Rusiya Futbol İttiqaqıyla bağladığım müqavilədə belə bir bənd var ki, Rusiya millisi dünya çempionatının final mərhələsindən kənar qalsa, fəaliyyətimə son qoyulacaq”. 


Son xəbərlər