“Qalatasaray” - “Hamburq” oyununu Ərdoğan da izləyəcək

XƏBƏR 19 Mart 2009 / 15:34 2243
-  A +

Bu gün UEFA kubokunun 1/8 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində Türkiyənin “Qalatasaray” klubu Almaniya təmsilçisi “Hamburq”la qarşılaşacaq. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qarşılaşmanı izləyənlər arasında Türkiyənin baş naziri Rəcəb Təyyüb Ərdoğan da olacaq. Dövlət rəsmisi “Bordo”yla matçdan dərhal sonra “Qalatasaray”ın prezidenti Adnan Polata zəng vuraraq onu qələbə münsibətiylə təbrik edib və eyni zamanda bildirib ki, vaxtı olacağağı halda, “Hamburq”la matçı “Ali Sami Yen”də izləyəcək. Dünən Ərdoğan bir daha Adnan Polatla əlaqə saxlayaraq, bugünkü oyuna gələcəyini bildirib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı