Azərbaycan – Avstriya oyununa pulsuz VİP bilet

Azərbaycan – Avstriya oyununa pulsuz VİP bilet
ETOPAZ 23 Sentyabr 2011 / 12:54 3296
-  A +

“Topaz”da yeni müsabiqəyə başlayırıq! Hər qalib, hədiyyə olaraq, Azərbaycan – Avstriya oyununa 2 pulsuz bilet əldə edəcək. Aşağıda müsabiqədə iştirak üçün əsas qaydalar və şərtlər yer alıb.
“Topaz” Sizə bol şans arzu edir!
 
Müsabiqənin əsas göstəriciləri:

1. Müsabiqənin təşkilatçısı – “Topaz” ticarət nişanı altında fəaliyyət göstərən “Azərinteltek” QSC-dir.

2. Müsabiqədə 18 yaşından yuxarı şəxslər iştirak edə bilər.

3. Hər oyun üçün hədiyyə olaraq, 07 Oktyabr, 2011-ci il tarixində, “Dalğa Arena” stadionunda, 2011-2012-ci illər Avropa Liqasının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Avstriya oyununa 10 pulsuz VİP bilet ayrılıb.

4. Müsabiqənin qalibləri həftədə 2 dəfə - Çərşənbə Axşamı və Cümə günləri müəyyən olunacaq.

5. Müsabiqə 23 Sentyabr – 04 Oktyabr 2011-ci il tarixində keçirilir.

6. Hər oyun Futbol haqqında 8 sualdan ibarətdir.

7. Suallar hər Çərşənbə Axşamı və Cümə günü, saat 12:00-dan sonra www.topaz.az saytında yerləşdiriləcək.

8. Müsabiqənin iştirakçıları düzgün hesab etdikləri cavabları, eləcə də, əlaqə nömrələri və şəxsiyyət vəsiqəsinin nömrəsini [email protected] elektron ünvanına göndərməlidirlər.

9. Düzgün cavabı [email protected] elektron ünvanına göndərən ilk 5 iştirakçı qalib sayılacaq.

10. “Azərinteltek” QSC-nin əməkdaşları oyun bitdikdən sonra 2 gün ərzində qaliblə əlaqə saxlayacaqlar.    

11. Hər qalib 07 Oktyabr, 2011-ci il tarixində, “Dalğa Arena” stadionunda, 2011-2012-ci illər Avropa Liqasının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Avstriya oyununa 2 pulsuz VİP bilet əldə edəcək.

12. Cəmi 40 VİP bilet oynanır.

13. Ətraflı məlumat üçün www.topaz.az saytına daxil ola və ya (012) 499 76 17 nömrəsinə zəng edə bilərsiniz. 


 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı