“Qarabağ” 567 günlük seriyanı davam etdirə biləcəkmi?

XƏBƏR 19 Mart 2009 / 14:49 2384
-  A +

Premyer-liqanın XIX turunda səfərdə “Simurq” qonağı olacaq “Qarabağ” bu oyunun hazırlıqlarını davam etdirir. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, ağdamlılar səfərə oyundan 1 gün əvvəl yollanacaq. Zaqataladakı “Qafqaz” otelində məskunlaşacaq “Qarabağ” oyunqabağı son məşqini matçın keçiriləcəyi Zaqatala şəhər stadionunda keçəcək.
Statistikaya diqqət yetirsək, görərik ki, “Qarabağ” 567 gündür çempionatda keçirdiyi səfər oyunlarında məğlubiyyət acısı yaşamayıb. Qurban Qurbanovun yetirmələri sonuncu dəfə 2007-ci ilin 31 avqustunda səfərdə “Masallı”ya 0:1 hesabı ilə uduzub. Geridə qalan müddətdə Qəbələ, Yevlax, İmişli, Tovuz, Bərdə, Lənkəranda keçirilən matçlarda qalib gələn “Qarabağ” yalnız “Karvan”la görüşdən 1 xalla ayrılıb.
Xatırladaq ki, “Simurq” - “Qarabağ” oyunu martın 22-də, saat 18:00-da başlanacaq.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın