Milli komandamız təlim-məşq toplanışını başa vurdu

XƏBƏR 19 Mart 2009 / 13:53 2520
-  A +

Milli komandamız bu gün təlim-məşq prosesini başa vurub. Qol.Az-ın məlumatına görə, martın 16-dan bir araya gələn milli üzvləri bu gün səhər saatlarında son məşqə çıxıblar. Ardından biryerdə nahar edən komanda üzvləri düşərgəni tərk ediblər. Milli komandamız Rusiyayla oyunöncəsi son təlim-məşq toplanışına martın 22-də başlayacaq. Həmin gün bir araya gələcək milli üzvləri yenə də “Holiday İnn” otelində qalacaqlar. Qarşıdakı hazırlıq prosesində 3 futbolçunun düşərgədə yer almayacağı dəqiqdir. Bunlar “İnter”dən Elvin Məmmədovla, Cavid Hüseynov, eləcə də “Xəzər-Lənkəran”ın üzvü Rahid Əmirquliyevdir. Hər 3 futbolçu 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində martın 23-dən 29-dək Gürcüstanda baş tutacaq təlim-məşq toplanışında iştirak edəcək.

Daha çox


Son xəbərlər