"Muğan" - "Neftçi" oyununun vaxtı dəyişdirildi

XƏBƏR 19 Mart 2009 / 13:20 2380
-  A +

Sabah premyer-liqa komandaların əvəzedici heyətləri arasında keçirilməli olan "Muğan" - "Neftçi" matçının vaxtı dəyişdirilib. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, buna səbəb "Neftçi" klubunun 6 üzvü 17 yaşlılardan ibarət Azərbaycan milli komandasının heyətində Avropa çempionatının seçmə mərhələsinin elit raundunda iştirak etməsidir. PFL-in prezidenti Ramin Musayevin qərasına əsasən, "Muğan" - "Neftçi" görüşü aprelin 7-də baş tutacaq.
 


Son xəbərlər