Rusiya - Azərbaycan oyununun qiyməti 20-25 min manatdır

XƏBƏR 18 Mart 2009 / 19:42 2347
-  A +

AFFA martın 28-də dünya çempionatının seçmə qrup mərhələsində keçiriləcək Rusiya - Azərbaycan oyununun teleyayım hüququnu əldə edib. Qol.Az-ın məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib. O, hazırda teleyayımla bağlı danışıqlar apardıqlarını söyləyib.“AzTV ilə 2 həftə öncə danışıqlara başlamışıq. Eyni zamanda, digər telekanallara da yayımla bağlı məlumat vermişik. Biz matçın yayımını teleyayım hüquqlarına malik olan şirkətdən və Rusiya Futbol İttifaqından əlverişli qiymətə almışıq”.

E.Məmmədov yerli telekanallara təklif olunan qiymətləri də açıqlayıb: “Teleyayımın qiyməti hələlik 20-25 min manatdır. Bu yaxşı qiymətdir. Əgər hansısa telekanalımız birbaşa yayım şirkəti ilə danışıqlara girsəydi, bu hüququ çox baha qiymətə əldə edərdi. Biz qarşı tərəflə hələ 6 ay öncədən danışıqlara başlamışdıq. Bilirdik ki, oyun gününə yaxınlaşdıqca, qiymətlər bahalaşacaq. Bu səbəbdən teleyayım hüququnu əlverişli qiymətə almışıq. Ancaq təəssüf ki, oyunu hansı telekanallımızın göstərəcəyi barədə məlumat yoxdur. İki telekanalın marağı var və yaxın 48 saatda bizə məlumat verəcəklər. İnanıram ki, kanallarımızdan biri həmin oyunu yayımlayacaq”.

 

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq