Türkiyə mətbuatı: “Reşad Sadiqov 1 numara”

XƏBƏR 18 Mart 2009 / 19:14 4513
-  A +

“Kocaelispor”a getdiyi ilk gündən bu komandanın əsas heyət oyunçusuna çevrilən milli komandamızın müdafiəçisi Rəşad Sadıqov yerli fanatların da qəlbində özünə taxt qurmağa nail olub. Sadıqovun 1 nömrəli formasını seçməsi ona qarşı olan marağı daha da artırdı. Artıq “Kocaelispor” azarkeşləri həmyerlimizi həqiqətən də bir nömrəyə layiq sayırlar. Qol.Az-ın məlumatına görə bu haqda xəbəri “Kocaelispor”un rəsmi azarkeş saytı olan kocaelispor.org öz səhvəsində yerləşdirib. “REŞAD SADIQOV 1 NUMARA” başlıqlı yazıda fikirlər qısa və konkretdir: “Kocaelispor”da 1 nömrəli formanı layiqincə daşıyan Rəşad Sadıqov azarkeşlərin də gözündə 1 nömrədir. Rəşad performansı ilə adəta parlayır. Azarkeşlər Rəşaddan eyni performansın davam etməsini gözləyir”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki