Cəmşid Məhərrəmov Berti Foqtsun məsləhətini gözləyir

XƏBƏR 18 Mart 2009 / 19:05 2189
-  A +

“Hazırlığımız çox yaxşı keçir. Komandamızın düşərgəsində ab-hava çox gözəldir”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri milli komandamızın və “Bakı”nın üzvü Cəmşid Məhərrəmov deyib. C.Məhərrəmov bildirib ki, Rusiya milli komandası güclü rəqib olsa da, onlara qarşı yaxşı oynamaq mümkündür: “Hazırlıq prosesindən çox razı qaldım. Çox istərdim ki, Rusiya milli komandasına qarşı oynayım. Amma təbii ki, baş məşqçimiz Berti Foqts məsləhət bilsə. Rusiya millisi güclü olsa da, onlara qarşı oynamaq mümkündür. Çünki bu futboldur və futbolda istənilən nəticə qeydə alına bilər. İnanıram ki, rəqiblə başa-baş mübarizə apara biləcəyik. Moskvada yaxşı oyun göstərəcəyimizə inamım böyükdür”.

Daha çox


Son xəbərlər