Çingiz İsmayılov yenə narazıdır

XƏBƏR 18 Mart 2009 / 18:18 2331
-  A +

“Elitada oyanyan klubların sayını 12-ə endiriblər. Mən düşünürəm ki, belə getsə, gələcəkdə bu say daha da azalacaq. Çünki klubların maddi imkanları yuxarı deyil”. Bu sözləri Qol.Az-saytına açıqlamasında AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov deyib. Onun fikrincə, bizim klublarımızın faktiki olaraq futboldan gəlir götürməməsi də buna təsir edir: “Avropada klublar təkcə atributların və biletlərin satışından nə qədər gəlir əldə edirlər. Amma bizdə bu mümkün deyil. Heç stadionun qapısını açıq qoyursan, yenə heç kim futbola baxmağa gəlmir”. Sabiq baş katib birinci divizionun aşağı səviyyədə təşkilini də ciddi problem hesab edir: “Dünyanın istənilən çempionatına baxsanız, görərsiniz ki, yüksək liqada 16-18 komanda oynadığı halda birinci divizionda 30 komanda çıxış edir. Qonşu Rusiyada bu say daha çoxdur. Amma bizdə əksinədir. Heç 10 komanda tapıb birinci divizionu keçirə bilmirlər. İkinci divizion ümumiyyətlə yoxdur. Hesab edirəm ki, futbolumuzun inkişafı naminə ilk növbədə həvəskar futbolu inkişaf etdirməliyik ki, yerli gənclərin də özlərini göstərib üzə çıxmasına şərait yaransın. Əks halda heç bir ciddi uğura nail olmayacağıq. Açığın, yaxın 8-10 ildə bizim milli komandanın Avropa və dünya çempionatının final mərhələsində oynayacağına inanmıram”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord