İlqar Qurbanov haqsızlıqdan gileyləndi

XƏBƏR 18 Mart 2009 / 18:10 2303
-  A +

“Kasımpaşa”yla oyunda haqsız yerə qırmızı vərəqə aldım. Baş məşqçimiz də bildirdi ki, hakim həmin oyunda bizə qarşı qərəzli mövqe nümayiş etdirirdi”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri milli komandamızın və Türkiyənin “Boluspor” klubunun üzvü İlqar Qurbanov deyib. İ.Qurbanov bildirib ki, hazırda turnir cədvəlində beşinci pillədə qərarlaşmasına baxmayaraq, “Boluspor”un superliqaya vəsiqə qazanacağına inanır: “Superliqada olduğu kimi, birinci liqada da gərgin mübarizə keçir. Bununla belə, məqsədimiz superliqaya vəsiqə qazanmaqdır. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edərək, superliqaya vəsiqə qazanacağıq”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi