"Qalatasaray"ın məşqçisi: "Azərbaycanda istedadlı futbolçu görsəm, mütləq Türkiyəyə aparacağam"

"Qalatasaray"ın məşqçisi: "Azərbaycanda istedadlı futbolçu görsəm, mütləq Türkiyəyə aparacağam"
ÖLKƏ FUTBOLU 26 Noyabr 2008 / 19:29 4169
-  A +

"Qəbələ" klubunda fəaliyyətə başlayan "Qalatasaray"ın məşqçisi Halim Fıçıcının Qol.Az saytına blits-müsahibəsi

 - "Qəbələ"yə gəlmədən öncə Azərbaycan futbolu ilə maraqlanırdızmı?

- Əlbəttə. Futbolunuzu televiziya vasitəsi ilə daim izləyirdim. Azərbaycana gəlmə məqsədimiz milliyə və "Qəbələ"yə layiqli gənclər yetişdirməkdi. Ali Yavaş bəylə mən "Qəbələ" futbol akademiyasında çalışacağıq. Burada futbolun inkişaf etməsi, irəliləməsi üçün əlimizdən gələni edəcəyik.

- Bilirik ki, uzun müddət "Qalatasaray"ın gənclərdən ibarət komandasında məşqçi işləmisiz. Tələbələriniz kimlər olub?

- Sabri Sarıoğlu, Arda Turan, Uğur Uçar, Aydın Yılmaz, Mehmet Güvən. Bunlar "Qalatasaray"da çıxış edir, bir çoxu isə Türkiyənin digər klublarında oynayır.

- Futbolumuzun inkişafı üçün nə lazımdı?

- İlk olaraq uşaq futboluna ciddi nəzarət, yaxşı yatırım olmalıdı. Çünki Azərbaycan futbolunun gələcəyi birbaşa uşaq futbolundan asılıdır.

- Bizim futbolçulardan kimisə gələcəkdə Türkiyəyə aparmağı düşünürsüzmü?

- Niyə də yox? Bilirsiniz ki, istedadlı futbolçular hər yerdə lazımdı. Azərbaycanda da belə bir futbolçu rastıma çıxsa, mütləq Türkiyəyə aparacağam.

Kəmalə İSMAYILOVA


 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı