“Bakı” “Qalatasaray”ı Azərbaycana dəvət edəcək

XƏBƏR 18 Mart 2009 / 14:17 2289
-  A +

Türkiyənin məhşur “Qalatasaray” klubu yayda Bakıya gələ bilər. Bu xəbəri Qol.Az-a “Bakı”nın türkiyəli vitse-prezidenti Tunc Avşar deyib. O, bu məsələ ilə bağlı Türkiyədə İstanbul klubunun baş məşqçisi Bülent Qorxmazla danışıqlar aparacağını bildirib: “Səfər zamanı Qorxmazla görüşüb bu məsələni də müzakirə edəcəyik. “Bakı”nın “Qalatasaray”la bir yoldaşlıq oyunu keçirməsi nədən olmasın? Biz istəyirik ki, “Qalatasaray”ı Azərbaycana dəvət edək. O klubun burada nə qədər azarkeş ordusunun olduğunu siz də bilirsiniz. Konkret vaxt deməkdə çətinlik çəkirəm. Çünki yayda həm “Qalatasaray”ın, həm də bizim proqramımız çox yoğun olacaq. Üstəlik bu mövsüm avrokubok oyunları da erkən başlayacaq. Amma yəqin ki, münasib bir vaxt tapıb növbəti mövsüm öncəsi yoldaşlıq görüşü keçirmək problem yaratmaz”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı