“İnter”in prezidenti AFFA-nın teleyayımla bağlı qərarını dəstəkləyir

XƏBƏR 18 Mart 2009 / 13:15 2290
-  A +

“AFFA-nın son toplantısında çempionatın yayım hüququnun klublardan alınaraq PFL-ə verilməsinə heç bir etirazımız yoxdur”. Bu sözləri Qol.Az-a “İnter” klubunun prezidenti Georgi Nikolov deyib. Onun fikrincə, Premyer Liqanın yayım hüququnun klublardan alınaraq PFL-ə verilməsi ən doğru qərardır: “Qərarı tam qanunauyğun hesab edirəm. Bu, bütün Avropada belədir. Elə mən özüm də bunu AFFA-ya təklif etmişdim”. Nikolov komandasının oyunun hansı telekanal vasitəsi ilə yayımlayacağının onlar üçün problem yaratmayacağını deyib: “Prinsipcə, heç bir telekanallar problemimiz yoxdur. Olub ki, hansısa telekanal oyunumuzu yayimlamaq istəyib, amma baş tutmayıb. B, isə hansısa problemin mövcudluğundan irəli gəlməyib. Sadəcə, maddi məsələlərdə razılığa gələ bilməmişik ki, bu da təbii olan şeydir”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord