Xorvatiya millisinin baş məşqçisi: “Azərbaycana qarşı oynamaq maraqlı olacaq”

XƏBƏR 18 Mart 2009 / 12:41 2430
-  A +

“Hollandiya güclü rəqibdir. Bu ölkə güclü futbol ölkəsi hesab olunur. Lüksemburqu da kiçiltmək olmaz. Ən azı onlar ev sahibidir. Azərbaycana qarşı oynamaq isə çox maraqlı olacaq”. Qol.Az-ın məlumatına görə, bu sözləri sabah Luksemburqda start götürəcək Avropa çempionatının elit raundunda Azərbaycanın 17 yaşlı futbolçulardan ibarət milli komandasının qrup rəqiblərindən olan Xorvatiya U-17-nin baş məşqçisi İvan Gudelj deyib. Xorvatiya Futbol Federasiyasının rəsmi saytına verdiyi açıqlamasında xorvatiyalı mütəxəssis onları gərgin mübarizə gözlədiyini bildirib: “Luksemburqa 18 nəfərlik heyətlə yollanırıq. Çətin oyunlar bizi gözləyir. Çünki yer aldığımız qrupdan hamı final mərhələyə adlamaq istəyir”.
Qeyd edək milli komandamız xorvatiyalı həmyaşıdları ilə martın 21-dəs Petanj şəhərinin “Munisipial” stadionunda üz-üzə gələcəklər. Saat 19:00-da başlanacaq qarşılaşmanı slovakiyalı Vladimir Vnuk idarə edəcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın