Millimizlə oyunöncəsi açıq məşq

XƏBƏR 18 Mart 2009 / 11:44 2244
-  A +

Martın 28-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində “Lujniki” stadionunda millimizi qəbul edəcək Rusiya milli komandası qarşılaşma öncəsi bir sıra aksiyalar təşkil edəcək. Qol.Az-ın “Sport-Ekspress”ə istinadən verdiyi məlumata görə, Qus Hiddink matçdan əvvəlki iki məşqi jurnalistər və azarkeşlər üçün açıq elan edib. Martın 24-də və 25-də saat 18:00-da hər kəs sərbəst şəkildə “Lujniki”yə gedib rusların məşqini izləyə bilər. Bundan başqa, qarşılaşmadan 1 gün öncə Qus Hiddink və futbolçular Moskvada yerləşən Mərkəzi Uşaq Kliniki xəstəxanasına baş çəkərək orada mülicə alan uşaqlarla görüşəcək və onlara millinin adından top, atributlar hədiyyə edəcəklər. Oyun günü səhər saat 12:00-da isə Viktor Onopka futbol-internat məktəbininin uşaqları üçün də matçın oynanılacağı stadionda seminar xarakterli məşq keçəcək.


Son xəbərlər