Admir Teli Albaniya millisinə dəvət aldı

XƏBƏR 17 Mart 2009 / 20:04 2366
-  A +

"Qarabağ"ın müdafiəçisi Admir Teli Albaniya milli komandasına dəvət alıb. Qol.Az-ın "Qarabağ"ın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, 27 yaşlı müdafiəçi martın 23-də vətəninə yollanacaq.  Teli millisinin heyətində martın 28-i Macarıstan, aprelin 1-i isə Danimarka ilə seçmə mərhələ oyunlarında iştirak etməlidir. Futbolçunu özü bu haqda deyib: "Qırmızı vərəqə aldığımdan sonuncu matçı buraxmalı olmuşdum. Qarşıda bizi 2 prinsipial oyun gözləyir. Çalışacam ki, klubumuzu ən yaxşı şəkildə təmsil edim. "Qarabağ" haqqında orada danışacam. Təbii ki, özümlə ən yaxşı xatirələrimi aparıram. Nə qədər uğurlu oynasam bir o qədər "Qarabağ"ın adını uca tutaram".

 


Son xəbərlər