“Olimpik” “Bakı”nın futbolçusuna problem yaradır

XƏBƏR 17 Mart 2009 / 19:24 2269
-  A +

“Bakı” klubunun mövsümlərarası fasilədə heyətinə qatdığı Hasan Suari FİFA-ya şikayət edib. Qol.Az-ın əldə etdiyi məlumata görə, mərakeşli futbolçu keçmiş klubu - Mərakeş “Olimpik”indən şikayətçidir. Hasanın bu klubla müqaviləsi artıq bir müddətdir başa çatsa da, “Olimpik” futbolçunun transfer vərəqini göndərmir. Məhz bu səbəbdəndir ki, Mərakeş milli komandasının hücumçusu hələ də “Bakı”nın heyətində rəsmi debüt edə bilməyib. Məsələnin bu həftə ərzində yekunlaşacağı gözlənilir. Gözlənilməz hadisə baş verməsə, Hasan Suari “Bakılı”yla matçda meydana çıxmalıdır. 
 


Son xəbərlər