“Neftçi” və “Xəzər Lənkəran”in keçmiş oyunçusu Valeri Abramidzenin Qol.Az-a müsahibəsi
- Hazırda hansı komandada oynayırsan? İşlərin necə gedir?
- İşlərim pis deyil. Amma klubsuzam. Menecerim bu işlə məşquldur. Tezliklə yeni komandamın adı məlum olmalıdır.
- Azərbaycan futbolu ilə necə, maraqlanırsan?
- Əlbəttə. İndi Adamiyanın oyunlarını diqqətlə izləyirəm. Məhz ona görə “Bakı”ya azarkeşlik edirəm. İstəyirəm ki, Adamiya “Neftçi”də qazandığı uğurları “Bakı”da da təkrarlasın.
- “Bakı”da Adamiya ilə yanaşı digər həmyerlilərin - Muciri və Demetradze də çıxış edir.
- Bilirəm, məhz elə buna görə də “Bakı”nın uğur qazanmasını istəyirəm.
- Bəs, keçmiş klubların - “Neftçi” və “Xəzər-Lənkəran”ın çıxışları barədə məlumatın var?
- Əlbəttə, bu komandalar haqda da məlumatım var.
- Yəqin “Neftçi”nin bu mövsümkü uğursuz çıxışından xəbərdarsan?
- Hə, bilirəm. “Neftçi”nin turnir cədvəlinin ortalarında qərarlaşması mənim üçün anlaşılmazdır. Bu cür nəticə “Neftçi”yə yaraşmır. “Neftçi”nin tarixi, ənənəsi var.
- Futbolçulardan kimlərlə əlaqə saxlayırsan?
- Adamiya və Çertoqanovla tez-tez zəngləşirik. Onlardan başqa Subaşiç, Saşa Yunisoğlu, Vüqar Nadirovla da internet vasitəsiylə aradabir söhbətləşirik.
- Keçmiş günləri xatırlayarkən, Azərbaycan haqda nə düşünürsən?
- Yalnız yaxşı şeylər. Çünki orada çox gözəl günlərim olub. Xüsusən də “Neftçi”ylə birgə bir çox uğura imza atmışam. Bir sözlə, Azərbaycanla məni yalnız xoş xatirələr bağlayır.
- Təklif gələcəyi halda, geri qayıdarsan?
- Əlbəttə qayıdaram, niyə də qayıtmayım? Bir daha deyirəm ki, Azərbaycanda özümə qarşı həmişə xoş, isti münasibət görmüşəm. Heç kimlə problemim olmayıb. Oyunumla çalışmışam ki, azarkeşləri sevindirim. Buna görə də təklif gələcəyi halda, məmnuniyyətlə qayıdardım.
- Onda nəyə görə, Azərbaycanı tərk etdin? Bizdə olan məlumata görə, özün “Xəzər-Lənkəran”dan ayrılmaq istəmisən.
- Nə bilim, futboldur da. Bir gün burda olursan, sabah başqa yerdə. Karyeramı Rusiyada davam etdirmək istədiyimdən, oranı tərk etdim.
- Amma Rusiya karyeran alınmadı…
- Hə, orası elədir. Təəssüf ki, burada istədiyim oyunu göstərə bilmədim. Bunun da məndən asılı olmayan səbəbləri var.
- Bəlkə, Rusiyada daha çox pul verirlər?
- Belə də… Söhbət puldan getmir… Nə isə, bu haqda çox danışmaq istəmirəm.
- Bir az da Azərbaycan milli komandası haqda danışaq. Martın 28-də millimiz səfərdə Rusiyayla qarşılaşacaq. Səncə, Azərbaycan millisindən həmin oyunda sürpriz nəticə gözləməyə dəyər?
- Futboldur, futbolda hər bir nəticə mümkündür. Amma Rusiya millisi həqiqətən də çox güclüdür. Onların heyəti demək olar ki, tamamilə yüksək səviyyəli futbolçulardan qurulub. Həmin oyunda Azərbaycan millisinin uğur qazanmasını istərdim. Amma çox çətin olacaq. Çünki ruslar mütləq qələbə qazanmalıdırlar.
- Yəqin xəbərin var ki, millimizin baş məşqçisi məşhur almaniyalı mütəxəssis Berti Foqtsdur. Onun haqda nə deyə bilərsən?
- Foqts çox güclü məşqçidir. Onun səviyyəsinə şübhə etmək qeyri-mümkündür. Əbəs yerə Almaniyaya Avropa çempiuonluğu qazandırmayıb.
- Səncə, Foqts Azərbaycan milli komandasının səviyyəsini qaldıra bilər?
- Əlbəttə, mümkündür. Sadəcə olaraq, Foqtsun bir qədər zamana ehtiyacı var. Ona vaxt vermək lazımdır. İnanıram ki, yaxın gələcəkdə o millinin səviyyəsini qaldıracaq.
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Legioner rüsumu 50 min manat olsa...
Karlos Teves xəstəxanaya yerləşdirildi
Bir gündə beş boksçumuzun beşi də uduzdu - Avropa çempionatı
Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı
Premyer Liqa klubunun futbolçuları saxlanıldılar
Arda Güler "Real"dan ayrılmaq istəmir
İtaliya kubokunda ilk finalçı bilindi
"Arsenal" "Çelsi"ni 5 cavabsız qolla məğlub etdi
"Göygöl"ün qələbəsi - Video
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol