«Neftçi»nin futbolçusuna iki oyunluq cəza

XƏBƏR 17 Mart 2009 / 13:35 2351
-  A +

AFFA-nın İntizam Komitəsi Premyer Liqasının XVIII turundakı pozuntularla bağlı qərarlar qəbul edib. Qol.Az-ın məlumatına görə, “Xəzər-Lənkəran” - “Olimpik” matçının 69-cu dəqiqəsində “Olimpik” klubunun futbolçusu Mahir Şükürov rəqibə qarşı kobud oynadığına görə ikinci sarı vərəqə alaraq meydandan çıxarıldığı üçün 1 oyunluq kənarlaşdırılıb, klub isə iki yüz manat cərimə olunub. “Qarabağ” - “Qəbələ” matçında “Qarabağ” klubunun 6 futbolçusu, “Qəbələ” klubunun isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub min manat cərimələnib. “Neftçi” - “Turan” matçının 43-cü dəqiqəsində “Neftçi” klubunun Ruslan Abışov rəqibə qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan çıxarıldığı üçün 2 oyunluq kənarlaşdırılıb, klub isə iki min manat cərimə olunub.
Matçın 58-ci dəqiqəsində “Turan” klubunun futbolçusu Ruslan Abbasov rəqibini əli ilə saxladığına görə ikinci sarı vərəqə alaraq meydandan çıxarıldığı üçün 1 oyunluq kənarlaşdırılıb, klub isə iki yüz manat cərimə edilib. MOİK - “Muğan” matçının 64-cü dəqiqəsində MOİK klubunun futbolçusu Fərid Həşimzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan çıxarıldığı üçün 1 oyunluq kənarlaşdırılıb, klub isə iki yüz manat cərimə olunub.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı