İqor Akinfeyev: “Azərbaycanı mütləq məğlub etməliyik”

XƏBƏR 17 Mart 2009 / 11:34 2354
-  A +

“Azərbaycan və Lixtenşteynlə oyunlara ciddi yanaşmalıyıq. Çünki bu qarşılaşmalarda mütləq qələbə qazanmalıyıq”. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri martın 28-də milli komandamızla qarşılaşacaq Rusiya millisnin qapıçısı İqor Akinfeyev deyib. 23 yaşlı qolkiper bildirib ki, hazırda bütün diqqətlərini məhz bu oyunlara yönəldiblər: “Azərbaycan və Lixyenşteynlə oyunları yüksək səviyyədə keçirməliyik ki, qələbə qazanaq. Digər rəqiblər haqda isə sonra düşünərik. Gələcək haqda indidən düşünməyə ehtiyac görmürəm. Almaniyayla oyun hələ var”.


Son xəbərlər