“Bakı”nın daha bir futbolçusu milliyə dəvət aldı

XƏBƏR 17 Mart 2009 / 11:26 2376
-  A +

“Bakı”nın hücumçusu Bəxtiyar Soltanov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətinə çağırılıb. Qol.Az-ın “Bakı”nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Bəxtiyarın da yer alacağı U-21 martın 23-dən 29-dək Gürcüstanda təlim-məşq toplanışı keçəcək. Ayın 22-də Bakıda toplanacaq komanda bir gün sonra qonşu ölkəyə yola düşəcək. Bir həftə davam edəcək hazrılıq prosesində iki yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulub. U-21 martın 26-da və 28-də gürcüstanlı həmyaşıdları ilə qarşılaşacaq.

 


Son xəbərlər