Karl-Haynts Feldkamp yenidən “Qalatasaray”a qayıdıb. İstanbul klubunun rəsmi İnternet saytının məlumatına görə, almaniyalı mütəxəssis cari mövsümün sonunadək komandada müşavir vəzifəsində çalışacaq.
Onun işinin konkret nədən ibarət olacağı açıqlanmasa da, Türkiyə mətbuatı təcrübəli futbol adamının gənc baş məşqçi Mixael Skibbeyə məsləhətlər verəcəyini və oyun taktikasının müəyyənləşdirilməsində ona yardım edəcəyini yazıb.
Feldkamp vəzifəsinin icrasına qeyri-rəsmi olaraq, hələ ötən ay başlayıb. O, “sarı-qırmızılılar”ın UEFA kubokunun qrup mərhələsindəki rəqibi “Olimpiakos”un (Yunanıstan) oyununu izləyərək, lazımi məlumatları istanbullulara çatdırmışdı.
Qeyd edək ki, 74 yaşlı Feldkamp 1992-1993-cü və 2007-2008-ci illərdə “Qalatasaray”ın baş məşqçisi olub və komanda hər iki mövsümü çempion kimi tamamlayıb. Almaniyalı məşqçi öz ölkəsində “Bayer” (Yurdingen), “Kayzerslautern”, “Borussiya” (Dortmund) və “Arminiya” (Bielfeld) komandalarını çalışdırıb.
Mənbə: apasport.az
Klopp üzr istədi
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq