"Topaz"dan yenilik

"Topaz"dan yenilik
ETOPAZ 6 Sentyabr 2011 / 11:18 9211
-  A +

Azərbaycanın ilk və tək qanuni idman mərc oyunu “Topaz” oyunçularını yeniliklərlə sevindirməkdə davam edir. Qol.Az-ın məlumatına görə, 6 Sentyabr 2011-ci ildən başlayaraq, “Topaz” oyunçuları qazanmaq şanslarını “Qol/Qol – Yox/Qol” (Q/Q-Y/Q) adlı yepyeni bir oyunla dəfələrlə artıra bilərlər. Bu oyun olduqca sadədir: “Topaz”ın istənilən oyunçusu bir futbol qarşılaşmasında hər iki komandanın da qarşılıqlı qol vuracağını (“Qol/Qol”) və ya iki komandadan birinin, ya da hər ikisinin də qol vurmayacağını (“Yox/Qol”) təxmin etməlidir. Bunun üçün sadəcə “Topaz” kuponu üzərindəki  Q/Q və ya Y/Q xanalarından birini işarələmək kifayətdir. Bu oyun sadəcə Futbol oyunlarına tətbiq olunur.

Məsələn: 
644 kodlu TULUZA - NİTSA matçında hər iki komandanın da qol vuracağını təxmin edirsiniz (neçə qol olmasının fərqi yoxdur). Belə olduğu təqdirdə,  kupon üzərində oyun kodunu işarələdikdən sonra, “Q/Q” xanasını işarələməlisiniz.

Başqa bir misal, 505 kodlu BARSELONA – REAL MADRİD matçının 1:0 hesabı ilə bitəcəyini proqnozlaşdırırsınız. Bu zaman, kupon üzərində oyun kodunu işarələdikdən sonra, “Y/Q” xanasını işarələməlisiniz.

Nümunə hesablar:
Ev sahibi komanda – Qonaq komanda: 2-1 (Q/Q)
Ev sahibi komanda – Qonaq komanda: 5-0 (Y/Q)
Ev sahibi komanda – Qonaq komanda: 0-0 (Y/Q)
Ev sahibi komanda – Qonaq komanda: 1-1 (Q/Q)

Xatırladaq ki, “Azərinteltek” şirkəti , “Topaz” ticarət nişanı altında, 18 Yanvar 2011-ci ildən etibarən Azərbaycan Respublikası ərazisində faktiki olaraq mərc oyunlarını həyata keçirməyə başlayıb. Şirkət gəlirinin bir hissəsini Azərbaycanda idman infrastrukturunun ümumi inkişafına sərmayə olaraq yatırır.    


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı