Cahangir Hacıyev: “Premyer Liqanın səviyyəsi yüksəlib”

XƏBƏR 16 Mart 2009 / 18:53 2442
-  A +

“Son vaxtlar AFFA-nın fəaliyyəti xeyli güclənib. Premyer Liqanın səviyyəsi yüksəlib, çempionluq uğrunda mübarizəyə qoşulan klubların sayı artıb”. Qol.Az-ın məlumatına görə, bu sözləri AFFA-da baş tutan bugünkü konfransdan sonra “İnter”in prezidenti Cahangir Hacıyev jurnalistlərlə görüşündə deyib: “Amma məni daha çox razı salan uşaq futboluna münasibətin dəyişməsidir. AFFA-nın Futbol Akademiyasının açılması böyük əhəmiyyət kəsb edir. Bakı Futbol Federasiyasının fəaliyyətinin əsas istiqaməti də uşaq futbolunun inkişafına yönəldilib. Dörd yaş qrupu üzrə yüksək səviyyədə keçirilən «Sabahın ulduzları» paytaxt çempionatı prezident İlham Əliyevin imzaladığı Azərbaycanda futbolun inkişafına dair Dövlət Proqramının yerinə yetirilməsinə layiqli töhfədir. Bakı Futbol Federasiyasının UEFA-nın və AFFA-nın xüsusi diplomları ilə təltif olunması fəaliyyətimizə verilən yüksək qiymətin ifadəsidir”.


Son xəbərlər