Vaqif Sadıqov: “Bu çempionat hansı mənqtiqlə keçirilir?”

XƏBƏR 16 Mart 2009 / 16:47 2393
-  A +

“Bu qərardan sonra birinci divizionda mübarizə getməyəcək. Çünki oradakı həmin mübarizə artıq formallığa çevirildi”. Bu sözləri Qol.Az-a növbəti mövsümdə birinci diviziondan elitaya heç bir komandanın çıxmayacağına dair bu gün AFFA-da qəbul olunan qərara münasibət bildirən Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqov deyib: “Mən həmişə vahid sistemin tərəfdarı olmuşam. Nə qədər ki, bizdə bu yoxdur, inkişaf da olmayacaq. Çempionat bir sistemlə keçirilməlidir. Yoxsa bu gün 12 sabah, 14, sonra 10. Belə şey olmaz. Bir də sual doğurur, əgər birinci diviziondan elitaya komanda gəlməyəcəksə, o zaman həmin çempionat hansı mənqtiqlə keçirilir?”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki