Ağasəlim Mircavadov: “Bu qərardan idman prinsipləri pozulacaq»

XƏBƏR 16 Mart 2009 / 14:51 2634
-  A +

“12 komandanın iştirakı ilə 4 dövrəli sistemin keçirilməsi yaxşıdır. Çünki oyunların sayı çox olacaq. Amma birinci diviziondan heç bir komandanın elitaya gəlməyəcəyi heç də yaxşı hal deyil”. Bu sözləri Qol.Az-a açıqlamasında Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov AFFA-nın premyer-liqanın formatını dəyişdirməsi barədə bugünkü qərarına münasibət bildirərkən söyləyib. O, bu qərarın qəbul olunmasını idman prinsiplərinin pozulması kimi qəbul edir: “Birmənalı cavab vermək çətindir. Bəlkə də AFFA birinci divizion klublarının maddi vəziyyətinin zəif olduğunu düşünərək bu addımı atıb. Hər halda, sualınızı onlara ünvanlasanız yaxşı olar. Amma istənilən halda, bu qərardan sonra birinci divizionda idman prinsipləri pozulacaq. Yəni oynamağa stimul qalmayacaq”.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq