TRT-nin “Stadyum” verilişi Rəşad Sadıqova və komandasına tərif yağdırdı

XƏBƏR 16 Mart 2009 / 12:12 2887
-  A +

Türkiyə Super Liqasının son turunda səfərdə “Fənərbaxça”dan xal alan “Kocaelispor” yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Bu ölkənin TRT telekanalında efrə gedən məşhur “Stadyum” verlişində İzmit klubunun ikinci dövrədəki çıxışına xüsusi toxunulub. Qol.Az-ın məlumatına görə, tanınmış türkiyəli yazar Ömər Üründül və Türkiyə futbolunun canlı əfsanəsi hesab olunan Hakan Şükürün də qatıldığı verlişdə qonaqlar “Şükrü Saracoğlu”nda qeydə alınan heç-heçəni “Fənərbaxça”nın uğursuz çıxışından daha çox “Kocaelispor”un yüksəlişinin bəhrəsi kimi qələmə veriblər. Üründül isə qazanılan uğurlu nəticələrdə izmitlilərin müdafiə xəttinin rolunun böyük olduğunu qeyd edib. O, “Kocaelispor”un ön libero mövqeyində oynayan futbolçunun əməyini xüsusi qeyd edib ki, burada da söhbətin həmyerlimiz Rəşad Sadıqovdan getdiyini təxmin etmək olar. Çünki “Kocaelispor”un oyunları zamanı Sadıqovu bu mövqedə də tez-tez görürük.


Son xəbərlər