Tələbələr Rəşad Sadıqovu sorğu-suala çəkəcək

XƏBƏR 16 Mart 2009 / 12:06 2372
-  A +

“Fənərbaхça” ilə səfər heç-heçəsinin ardından qısa müddətli vətənə qayıdan “Kocaelispor”un və milli komandamızın müdafiəçisi Rəşad Sadıqov Qafqaz Universitetinin qonağı olacaq. Universitetin idman işləri üzrə direktoru Musa Turmuşun Qol.Az-a verdiyi açıqlamasına görə, tələbələrlə görüşəcək milli komandamızın kapitanı onların çoxsaylı suallarını cavablandıracaq. Görüşün yaxın 1-2 gündə baş tutacağı gözlənilir. Qeyd edək ki Qafqaz Universitetinin bir müddət əvvəl keçirdiyi analoji tədbirin qonaqları “Bakı” klubunun rəhbər şəxsləri, baş məşqçisi və aparıcı futbolçuları olmuşdular.


Son xəbərlər