AFFA-nın konfransı keçirilir

XƏBƏR 16 Mart 2009 / 12:03 2389
-  A +

Bu gün AFFA-da qurumun növbəti konfransı öz işinə başlayıb. Qol.Az-ın məlumatına görə, gündəliyə AFFA-nın illik hesabatı, maliyyə hesabatı, müstəqil auditorun hesabatı, növbəti ilin büdcəsinin təsdiqi, Premyer Liqanın yeni sistemdə keçirilməsinin müzakirəsi, lisenziyalaşdırma komissiyasının tərkibində dəyişikliyin edilməsi və digər məsələlər daxil edilib.
Konfransda Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da iştirak edir.
Son məlumata görə, artıq AFFA-nın 2009-cu il üçün büdcəsi təsdiq edilib. Bu il üçün federasiyanın büdcəsi 11 milyon 661 min manat olacaq.


 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki