«Sport-Ekspress»: «Kamran Ağayev Rusiya ilə oyunu buraxa bilər»

XƏBƏR 16 Mart 2009 / 11:31 2467
-  A +

Azərbaycan milli komandasının əsas qapıçısı Kamran Ağayev martın 28-də Moskvada Rusiyaya qarşı keçiriləcək DÇ-2010-nun seçmə mərhələsinin oyununu buraxa bilər. Qol.Az-ın «Sport-Ekspress» qəzetinə istinadən verdiyi məlumata görə, zədəsi olan K.Ağayev martın əvvəllərində Almaniyada müayinə zamanı həkimlər qapıçıda ciddi problem aşkarlamasalar da, həkimlər ona bir müddət dincəlməyə məsləhət görüblər. Lakin qapıçı komandasının məşqlərində iştirak edib. İstina edilmir ki, bu da qapıçıda əlavə problem yaradıb. Həkimlərin məsləhətiylə K.Ağayev 10 gün məşq etməməlidir.
 

 


Son xəbərlər