Coko Haciyevki: “Əsas 3 xaldır”

XƏBƏR 15 Mart 2009 / 17:29 2338
-  A +

“Oyun çox çətin oldu. Qarşılaşmanın bu cür keçəcəyini bilirdik. Çünki “Karvan” güclü komandadır”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Karvan”la oyunsonrası mətbuat konfransında “Bakı”nın baş məşqçisi Coko Haciyevski deyib. Makedoniyalı mütəxəssis bildirib ki, hesabın fərqi yoxdur, əsas olan qələbədir: “Karvan” ikinci dövrəyə uğursuz başlamasına baxmayaraq, çox güclü rəqibdir. Onlar meydanın hər qarışı uğrunda mübarizə aparırlar. Bu cür komandalara qarşı oynamaq çox çətindir. Bununla belə, qələbə qazandığımıza görə çox şadam. Hesabın fərqi yoxdur, 1:0 və ya 5:0. Əsas olan 3 xaldır ki, onu da bu gün qazandıq”.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki