Qurban Qurbanov xal itkisini yorğunluqla əlaqələndirdi

XƏBƏR 15 Mart 2009 / 17:08 2414
-  A +

“Qəbələ”ylə “Qarabağ”ın oyunları həmişə çətin keçir. Budəfəki qarşılaşma da istisna olmadı”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ”ylə oyunsonrası mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Q.Qurbanov xal itirmələrini futbolçuların yorğunluğuyla bağlayıb: “Bu gün meydana 3 xal üçün çıxmışdıq. Lakin istəyimizə çata bilmədik. Bunun da bəzi səbəbləri var. Əsas səbəb odur ki, ardıcıl ağır oyunlardan sonra uşaqlarda yorğunluq yaranıb. Bu da bugünkü matçda özünü biruzə verdi”.

Daha çox


Son xəbərlər