Ramiz Məmmədov: “Bir xal da pis deyil”

XƏBƏR 15 Mart 2009 / 17:02 2241
-  A +

“Bu oyuna çox ciddi hazırlaşmışdıq. Səfərdən 3 xalla dönmək istəyirdik. Lakin təəssüf ki, istəyimizə çata bilmədik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”la oyunsonrası mətbuat konfransında “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib. O bildirib ki, 3 xal qazanmamalarına baxmayaraq, 1 xal da pis deyil: “Heyətdə zədəlilərimiz var. Bu da oyunlara tam heyətlə çıxmağımıza imkan vermir. Bununla belə bu gün 1 xal qazanmağımıza görə də sevinirəm. Hakimliyə gəldikdə, yalnız bir epizodda narazı qaldım. Hakim bir epizodda oyunu dayandıraraq, hücumumuzu sona çatdırmağa imkan vermədi”

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki