Şahin Diniyev Rusiya çempionatında debütünü qələbəylə qeyd etdi

Şahin Diniyev Rusiya çempionatında debütünü qələbəylə qeyd etdi
XƏBƏR 15 Mart 2009 / 11:39 2393
-  A +

Milli komandamızın sabiq başçısı Şahin Diniyev dünən Rusiya çempionatında baş məşqçi kimi ilk oyununa çıxıb. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Diniyev “Terek”in əvəedicilərdən ibarət komandasının baş məşqçisi kimi rəsmi debütünü qələbəylə qeyd ebib. Diniyevin yetirmələri Nalçik “Spartak”ını 2:1 hesabıyla məğlub edib. “Terek”in əvəzedicilərdən ibarət komandasına cəlb olunan Şahin Diniyevin oğlu Kərimsə oyunuyla “Terek”in əsas komandasının baş məşqçisinin rəğbətini qazanıb. Gənc futbolçunun adı “Terek”in əsas komandasının iştirak ərizəsinə salınıb. Oğul Diniyev bu gün Rusiya premyer-liqaında debüt edə bilər.   

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın