Xaqani Məmmədov: “Klubunda əsas heyətə düşməyən futbolçunu kim milliyə çağırar?”

Xaqani Məmmədov: “Klubunda əsas heyətə düşməyən futbolçunu kim milliyə çağırar?”
XƏBƏR 14 Mart 2009 / 19:38 2365
-  A +

“Simurq”la oyunda meydana çıxmamağım baş məşqçinin qərarıdır. Heç bir səbəb olmadan nəinki əsas heyətdə, heç ehtiyat oyunçular skamyasında da yer almadım”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri bu gün “Simurq”a qarşı keçirilən matçda iştirak etməyən “İnter”in hücumçusu Xaqani Məmmədov deyib. Hücumçu bildirib ki, özünü oyunlara tam hazır saysa da, nədənsə meydana nadir hallarda çıxır: “Məşqlərdə bütün gücümlə çalışıram. Oyunlara da hər zaman hazır oluram. Lakin nədənsə matç vaxtı gəlib çatanda, heyətdən kənarda qalıram. Bunun səbəbini isə bilmirəm”.
X.Məmmədov son zamanlar millidən kənarda qalmağını da klubun da meydana çıxmamasıyla əlaqələndirir: “Təbii ki, klubunda əsas heyətə düşməyən futbolçu milliyə də çağırılmayacaq. Məhz “İnter”də oynamamağım millidən kənarda qalmağıma səbəb olub. İnanıram ki, tezliklə “İnter”də əsas heyətdə oynasam, millidəki yerimi də qaytara bilərəm”.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi