«Qalatasaray»ın daha bir məşqçisi «Qəbələ»yə gəldi

«Qalatasaray»ın daha bir məşqçisi «Qəbələ»yə gəldi
ÖLKƏ FUTBOLU 26 Noyabr 2008 / 13:00 3873
-  A +

Türkiyənin «Qalatasaray» klubunun daha bir məşqçisi «Qəbələ» klubuna gəlib. Qol.Az-ın məlumatına görə, bu, «Cim-Bom»un yeniyetmələr komandalarından Türkiyə futboluna saysız-hesabsız gənclər, o cümlədən Arda Turan, Səbri Sarıoğlu kimi istedadlar bəxş edən Halim Fıçıcıdır. «Qəbələ» klubunun mətbuat xidmətinin rəhbəri Nail Kərimov Qol.Az-ın əməkdaşıyla söhbətində məlumatı təsdiqləyib. Onun sözlərinə görə, dünən axşam Bakıya gələn H.Fıçıcı birbaşa Qəbələyə yollanıb. Təcrübəli mütəxəssis «Qəbələ»nin futbol akademiyasında məşqçi işləyəcək. Bir neçə gün əvvəl «Qəbələ»yə gələn «Qalatasaray»ın daha bir məşqçi Ali Yavaş kimi H.Fıçıcının da müqaviləsinin müddəti üç ildir.

 

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı