Batista danışdı: "Mən kimsəyə tüpürməmişəm"

XƏBƏR 13 Mart 2009 / 19:15 2446
-  A +

“Oyunun hakimi və yaxud başqa bir şəxsə tüpürmədim, sadəcə yan hakimə etirazımı bildirdim. Başa düşmürəm, axı, necə ola bilər ki, hakimin gözü qarşısında mənə qarşı açıq-aydın qayda pozuntusu baş verir, referi isə heç bir şey olmamış kimi topun yan xətti çıxdığına işarə edərək aut təyin edir”. Qol.Az-ın məlumatına görə, bu sözləri «Bakı»nı hücumçusu Vilyam Roşa Batista AFFA-nın İntizam Komitəsinin qərarına münasibət bildirərkən söyləyib. «Mən peşəkar futbolçuyam, ədalətsizliyə qarşı etiraz etmək hüququm var. Aancaq bunu qaydalar çərçivəsində, kimisə təhqir etmədən bildirmişəm. Əgər bu bir qədər sərt formada alınıbsa, məni başa düşmənizi xahiş edirəm. Komandamız məğlub durumda idi, əsəblər tarıma dartılmışdı. Səhv hərəkət etdiyimi başa düşürəm. Bu səbəbdən də oyun başa çatan kimi hakimlər briqasından üzr istədim. Ancaq, yenə də təkrar edirəm: mən kimsəyə tüpürməmişəm» - deyə Batista vurğulayıb.
Xatırladaq ki, yan xətt hakimi İlham Əliyevə tüpürməkdə günahlandırılan Batista İntizam Komitəsinin bugünkü qərarıyla altı oyunluq diskvalifikasiya edilib.

 

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı