"Karvan" "Bakı" önünə ciddi itkiylə çıxacaq

XƏBƏR 13 Mart 2009 / 18:37 2394
-  A +

Premyer-liqanın XVIII turunda öz meydanında "Bakı"nı qəbul edəcək "Karvan" meydana ciddi itkiylə çıxacaq. Qol.Az-a klubun məlumat xidmətindən verilən məlumata görə, komandanın əsas hücumçularından olan Vüqar Nadirov "zolaqlılar"a qarşı oynaya bilməyəcək. Milli komandamızın da üzvü olan gənc hücumçu ötən tur "Standard"la oyunda cari mövsümdə dördüncü sarı vərəqəsini aldığından cəzalı duruma düşüb. Vüqardan başqa "Karvan"ın heyətində heç bir itki yoxdur.   

Son xəbərlər