“Standard” Sumqayıta köçür?

XƏBƏR 13 Mart 2009 / 15:44 2373
-  A +

Böyük ehtimalla növbəti mövsümdən etibarən “Standard” klubu Sumqayıtı təmsil edəcək. Bununla bağlı son vaxtlar gəzən söz-söhbətin rəsmləşməsi üçün klub rəhbərliyinin son sözü lazımdır. Qol.Az-a verdiyi açıqlamasında klubun təsisçilərindən olan Kamil Məmmədov məsələyə belə aydınlıq gətirdi: “Növbəti mövsümdən etibarən “Standard”ın Bakını təmsil etməyəcəyi dəqiqdir. Sumqayıt variantı hələ rəsmləşmədiyindən konkret söz deyə bilmərəm. Bu məsələ ilə rəhbərlik məşğul olur və yaxın günlərdə hər şey dəqiqləşəcək. Mənim şəxsi fikrimi bilmək istəyirsinizsə, prinsipcə, Sumqayıta köçməyin əlehinə deyiləm”. Klubun gürcüstanlı baş məşqçisi Badri Kvaratsxeliya da “Standard”ın ölkənin ikinci şəhərinə köçməsinə tərəfdar olduğunu deyib: “Mən də eşitmişəm ki, yayda komanda Azərbaycanın başqa şəhərinə köçəcək. Düzü, həmin vaxt klubla müqaviləm başa çatdığından məsələyə konkret münasibət bildirməyə çətinlik çəkirəm. Əgər “Standard”da qalıb işləyəsi olsam mən də Sumqayıt variantının əlehinə çıxmayacam. Çünki güclü azarkeş dəstəyi altında oynamaq istəyirəm. İstəyirəm ki, mənim də komandamı minlərlə azarkeş dəstəkləsin”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın